Avropada REKORD İSTİLƏR - İyun və iyul aylarında...
Qərbi Avropada iyun və iyul aylarında indiyədək görünməmiş istilər qeydə alınıb.
“TV1” xəbər verir ki, Almaniyada iki ay üzrə orta temperatur 21,62 dərəcə Selsi təşkil edib.
Bu göstərici 1991-2020-ci illərin orta səviyyəsindən 2,79 dərəcə yüksəkdir. Temperatur artımı Avropanın bütün ərazilərində eyni olmayıb. Qərbdə yüksək istilər müşahidə edilərkən, Şərqi Avropa və Skandinaviyanın bəzi hissələrində hava nisbətən mülayim keçib.
İsti hava ilə yanaşı, quraqlıq və meşə yanğınları da geniş yayılıb. Xüsusilə İberiya yarımadası və Fransanın bəzi bölgələrində çaylarda suyun səviyyəsi kəskin azalıb. Reyn, Sena və Dunay çaylarında da bəzi ərazilərdə qeyri-adi aşağı göstəricilər qeydə alınıb.








