"Axios": ABŞ və İran atəşkəs barədə razılığa gəlib

media-ads_728_90

ABŞ və İran bir-birinə hücum etməyi dayandırmaq barədə razılığa gəliblər.

“TV1” xəbər verir ki, bu barədə ABŞ-ın yüksək vəzifəli rəsmisi “Axios” portalına bildirib.

Qeyd olunub ki, tərəflər çərşənbə axşamı Qətərin paytaxtı Doha şəhərində Hörmüz boğazı ilə bağlı mübahisəni həll etmək üçün görüşməyi planlaşdırırlar.

“Axios”un müxbiri Barak Ravid “X” sosial media hesabında yazıb ki, onun həmsöhbətlərindən birinin sözlərinə görə, tərəflər əvvəlcə çərşənbə axşamı günü İsveçrədə məsləhətləşmələr keçirməyi planlaşdırırdılar və orada İranın nüvə proqramı müzakirə ediləcəkdi.

Lakin son günlərdə baş verən gərginlik səbəbindən ABŞ və İran danışıqların yerini və diqqət mərkəzini dəyişdirmək qərarına gəliblər. Amerikalı mənbə əlavə edib ki, məsləhətləşmələrdə ABŞ tərəfindən texniki qrupun rəhbəri Nik Stüart iştirak edəcək.

 

media-ads_728_90
Paylaş