AYNA: "Qırmızı Körpü" gömrük postunda 1 000-dən çox avtomobil gözləyir
Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 1 030 avtomobil gözləyir.
“TV1” xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatında bildirilir.
Qeyd olunur ki, gömrük-sərhəd buraxılış məntəqələrində çıxışda canlı növbədə olan yük maşınlarının sayı barədə məlumata əsasən, Azərbaycan-Rusiya sərhədindəki “Samur” gömrük postunda 47, Azərbaycan-İran sərhədindəki “Astara” gömrük postunda isə 37 yük maşını var.
Hazırda “Xanoba”, “Mazımqara” və “Biləsuvar” gömrük postlarında gözləyən avtomobil yoxdur.








