AZAL: Hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşlar təxirə salınıb

media-ads_728_90

Naxçıvan Beynəlxalq Aeroportunun yaxınlığında müşahidə olunan əlverişsiz hava şəraiti ilə əlaqədar “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) müvafiq istiqamətdə uçuşları təxirə salınıb.

“TV1” xəbər verir ki, bu barədə səhmdar cəmiyyətin məlumatında bildirilir.

Qeyd olunur ki, AZAL sərnişinlərin təhlükəsizliyini daim prioritet hesab edir və bütün zəruri tədbirləri həyata keçirir.

Hava şəraiti stabilləşdikdən sonra reyslər əvvəlki qaydada icra edilməyə davam edəcək.

media-ads_728_90
Paylaş