Azərbaycan boksçusu Avropa çempionatının YARIMFİNALINDA

media-ads_728_90

Azərbaycan boksçusu Banuçiçək Nəsirli Serbiyanın Loznitsa şəhərində keçirilən U-19 Avropa çempionatında yarımfinala yüksəlib.

“TV1” xəbər verir ki, bu barədə Boks Federasiyasının məlumatında bildirilir.

Qeyd olunur ki, 48 kiloqram çəkidə mübarizə aparan milli üzvü 1/4 finalda Katarjina Qornisieviçlə (Polşa) qarşılaşıb.

Nəsirli rəqibinə 3:2 (30:27, 28:29, 28:29, 30:27, 29:28) hesabı ilə qalib gəlib. O, yarımfinala vəsiqə qazanmaqla özü üçün azı bürünc medalı təmin edib.

Boksçumuz avqustun 20-də final uğrunda Ellen Coysla (İrlandiya) döyüşəcək.

Qeyd edək ki, bu gün Azərbaycan yığmasının daha 4 idmançısı 1/4 final görüşünə çıxacaq.

media-ads_728_90
Paylaş