"Azərbaycan Dəmir Yolları" sərnişin daşımasını 18 % artırıb
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu ilin yanvar-avqust aylarında 7,3 milyondan çox sərnişin daşıyıb.
“TV1” xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
Bildirilib ki, qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 6,9 milyon (17 faiz artım), rayonlararası marşrutlarla 396 min (15 faiz artım), beynəlxalq Bakı-Tbilisi-Bakı marşrutu ilə isə 53 min sərnişin səfər edib.
Avqust ayında isə ümumi sərnişindaşımada (913 mindən çox) 24 faiz artım qeydə alınıb.








