Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazanıb

media-ads_728_90

Azərbaycan güləşçisi Elmir Əliyev ABŞ-nin Las-Veqas şəhərində keçirilən U-23 dünya çempionatında gümüş medal qazanıb.

“TV1”  xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda qazaxıstanlı Aybek Aytbekovla qarşılaşıb.

Rəqibinə 4:13 hesabı ilə uduzan Elmir Əliyev fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Qeyd edək ki, dünya çempionatına oktyabrın 18-də yekun vurulacaq.

media-ads_728_90
Paylaş