Azərbaycan idmançısı Gözəl Zutova kəmər güləşi üzrə dünya çempionu olub
Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən belboğlı kuraş üzrə dünya çempionatında Azərbaycan idmançısı Gözəl Zutova (+76 kq) qızıl medal qazanıb.
“TV1” xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.
O, kəmər güləşi üzrə həm klassik, həm də sərbəst versiyada dünya çempionu olub.








