Azərbaycan nefti bahalaşıb

media-ads_728_90

Dünya bazarında Azərbaycan neftinin qiyməti 97 dolları ötüb.

“TV1” xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 4,72 ABŞ dolları və ya 5,08% artaraq 97,61 ABŞ dollarına yüksəlib.

Bundan əvvəl Azərbaycan nefti 92,89 ABŞ dollarına ticarət edilmişdi.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.

media-ads_728_90
Paylaş