Azərbaycan neftinin dəyəri 75 dollardan yuxarı qalxıb
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
“TV1” xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,51 ABŞ dolları və ya 0,68% artaraq 75,26 dollarına bərabər olub.
Məlumat üçün bildiririk ki, Azərbaycan neftinin əvvəlki dəyəri 74,75 dollar təşkil edib.