Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb
Dünya bazarında Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb.
“TV1” xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,58 ABŞ dolları və ya 0,63% artaraq 92,89 ABŞ dollarına yüksəlib.
Bundan əvvəl Azərbaycan nefti 92,31 ABŞ dollarına ticarət edilmişdi.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.








