Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər

media-ads_728_90

Oktyabr 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Toplantısı çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun, Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidovun və Türkmənistanın xarici işlər naziri Rəşid Meredovun iştirakı ilə üçtərəfli görüş keçirilib.

“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.

Qeyd olunur ki, görüşdə Azərbaycan, Özbəkistan və Türkmənistan arasında qardaşlıq, dostluq münasibətlərinin mövcud vəziyyəti və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Azərbaycan, Özbəkistan və Türkmənistan arasında üçtərəfli əməkdaşlıq formatının yaradılmasının regional əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaratdığı vurğulanıb.

Görüş zamanı nəqliyyat və tranzit bağlantılarının genişləndirilməsi, beynəlxalq nəqliyyat dəhlizlərinin potensialından səmərəli istifadə sahələrində əməkdaşlığın dərinləşdirilməsi məsələlərinə xüsusi diqqət yetirilib.

media-ads_728_90
Paylaş