media-1200x100

Azərbaycan Slovakiyaya qaz təchizatına başlayıb

media-ads_728_90

Dekabrın 1-dən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Slovakiyanın ən böyük dövlət enerji təchizatçısı olan SPP şirkətinə qaz təchizatına başlanılıb.

“TV1” xəbər verir ki, bu barədə SOCAR-ın məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, qaz təchizatı SOCAR və SPP arasında qısamüddətli pilot müqavilə əsasında reallaşdırılan əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Şirkətlər daha uzunmüddətli enerji tərəfdaşlığını inkişaf etdirməyi hədəfləyirlər.

Bu qaz təchizatları sayəsində SOCAR öz ixrac istiqamətlərini şaxələndirməyə davam edir. Beləliklə, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya və Şimali Makedoniya ilə birlikdə Slovakiya Azərbaycan qazını alan on ikinci ölkə olub.

media-ads_728_90
Paylaş