Azərbaycan XİN Nepal-Çin sərhədindəki faciə ilə bağlı başsağlığı verib

media-ads_728_90

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Nepal-Çin sərhəd bölgəsində baş verən, insan itkisinə və genişmiqyaslı dağıntılara səbəb olan dağıdıcı daşqınlar və torpaq sürüşmələri ilə əlaqədar başsağlığı verib.

“TV1” xəbər verir ki, bu barədə XİN-in “X” sosial şəbəkə hesabındakı paylaşımında bildirilir:

“Nepal-Çin sərhəd bölgəsində baş verən, insan itkisinə və genişmiqyaslı dağıntılara səbəb olan dağıdıcı daşqınlar və torpaq sürüşmələri ilə əlaqədar dərin kədər hissi keçiririk.

Bu faciəvi fəlakətdə həyatını itirənlərin ailələrinə və doğmalarına səmimi qəlbdən başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq.

Ümid edirik ki, davam edən axtarış-xilasetmə işləri hələ də itkin düşənlərin sağ-salamat tapılması ilə nəticələnəcək”.

media-ads_728_90
Paylaş