Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanına başsağlığı verib.
“TV1” xəbər verir ki, bu barədə nazirliyin “X” sosial media hesabında paylaşım edilib.
“Səudiyyə Ərəbistanı Krallığı Hökumətinə və xalqına, eləcə də mülki infrastruktura qarşı törədilmiş son hücumlar nəticəsində həyatını itirən şəxslərin ailələrinə dərin hüznlə başsağlığı veririk. Yaralananların hamısına tezliklə və tam sağalmalarını arzulayırıq. Həlak olanların ailələrinə bu ağır itki ilə əlaqədar dözüm və səbir diləyirik”, – paylaşımda qeyd olunub.
Xatırladaq ki, oktyabrın 11-də Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına edilən hücum nəticəsində 12 nəfər həlak olub, 309 nəfər isə yaralanıb.
We extend our deepest condolences to the Government and people of the Kingdom of Saudi Arabia, as well as to the families of those who lost their lives in the recent attacks on civilian infrastructures. We wish a speedy and full recovery to all those injured.
We wish the bereaved families strength and patience in the face of this tragic loss.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) October 13, 2026








