Azərbaycanda bərpa olunan enerjinin ümumi enerji balansındakı payı artırılacaq
Azərbaycan bərpa olunan enerji sahəsində sürətlə irəliləyir.
“TV1” xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində nazirlərin toplantısı zamanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
O qeyd edib ki, 2025-ci ildə Azərbaycan və BƏƏ arasında Qarabağda 240 MVt gücündə günəş elektrik stansiyalarının tikintisi ilə bağlı saziş imzalanıb:
“Masdar ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilən Qarabağ Günəş Elektrik Stansiyasının ildə təxminən 250 milyon kVt/saat enerji istehsal edəcəyi gözlənilir.
Bundan əlavə, ADPower tərəfindən həyata keçirilən Xızı-Abşeron Külək Elektrik Stansiyası regionun ən böyük külək enerjisi layihəsinə çevriləcək.
Bu təşəbbüslərin nəticəsində Azərbaycanda bərpa olunan enerjinin ümumi enerji balansındakı payının 13%-dən təxminən 38%-ə yüksəlməsi gözlənilir”.
Anar Quliyev bildirib ki, Azərbaycan həmçinin Birləşmiş Ərəb Əmirlikləri, İrlandiya və digər tərəfdaşlarla birlikdə dayanıqlı bərpa və yenidənqurma üzrə beynəlxalq standartların təşviqinə yönəlmiş təşəbbüslərin başlanmasına dəstək verir.








