Azərbaycanda dəmiryol keçidlərində 7 ayda 21 hadisə qeydə alınıb
Bu ilin yanvar-iyul aylarında dəmiryol keçidlərində 21 təhlükəli hadisə qeydə alınıb.
“TV1” xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən məlumat verilib.
Bildirilib ki, tələskənlik və diqqətsizlik nəticəsində qatar yoluna çıxan sürücü və piyadalar arasında xəsarət alanlar və həyatını itirənlər olub.
Belə hadisələrin qarşısının alınması məqsədilə ADY tərəfindən dəmiryol keçidlərinin yaxınlığında xüsusi xəbərdaredici posterlərin quraşdırılmasına başlanılıb.
ADY sürücü və piyadaları qatar yoluna çıxmamağa, dəmiryol keçidlərində diqqətli və məsuliyyətli olmağa çağırıb.








