Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayılıb - VİDEO
Çimərlik mövsümü başlayandan uşaqlar arasında halsızlıq, qızdırma, qusma və ishal kimi hallarla müşahidə edilən rotavirusa yoluxma geniş yayılıb.
“TV1” xəbər verir ki, mövzu ilə bağlı “Xəzər Xəbər”ə danışan həkim Aytən Ziyadovanın sözlərinə görə, rotavirus bağırsaq infeksiyasıdır və bu virusa yoluxma şəxsi gigiyena qaydalarına riayət etmədikdə baş verir.
Rotavirus infeksiyası özünü bir neçə formada biruzə verə bilər. Məsələn, bir neçə gün ərzində qusma, 3-7 gün ərzində ishal, qarında ağrılar, bədən temperaturunun qalxması, kəskin respirator virus infeksiyası simptomları, zəiflik, baş gicəllənməsi bu virusun əlamətidir.
Həkim onu da qeyd edib ki, virusa qarşı istifadə edilə biləcək antibiotik və ya antiviral müalicə yoxdur.
Məqsəd su və elektrolit itirilməsinin qarşısını almaqdır. Müalicə simptomların aradan qaldırılmasına əsaslanır.
Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən ölkənin konstitusiya quruluşunun, ictimai təhlükəsizliyin, vətəndaşların hüquq və azadlıqlarının qorunması, habelə dini radikalizm və ekstremizm təzahürlərinin qarşısının alınması istiqamətində qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində tədbirlər […]
İşğaldan azad olunmuş ərazilərdə əhalinin doğma yurdlarına qayıdışının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində zəruri infrastrukturun, o cümlədən qaz şəbəkəsinin qurulması və genişləndirilməsi davam etdirilir. “TV1” xəbər verir ki, […]
Abşeron rayonu Masazır qəsəbəsində avtomobilləri yandıranlardan daha biri saxlanılıb. “TV1” xəbər verir ki, “report”un məlumatına görə, Masazır qəsəbəsində 4 avtomobilin yandırılmasını təşkil edən şəxs hava nəqliyyatı ilə Gürcüstandan Özbəkistana gedərkən […]
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 19-da Türkmənistana səfərə gəlib. “TV1” xəbər verir ki, Aşqabad şəhərinin beynəlxalq hava limanında Leyla Əliyevanı Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım […]
Cari ilin yanvar-sentyabr ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 400 min 866 müraciət qəbul edilib. “TV1” xəbər verir ki, Dövlət Vergi Xidməti məlumat yayıb. bildirilib ki, həmin müraciətlər üzrə […]
“SpaceX”in baş icraçı direktoru İlon Mask 2027-ci ildə ABŞ-dəki bütün uşaqlara bir səhm paylamağa söz verib. “TV1” xəbər verir ki, bu barədə o sosial şəbəkələrdə yazıb. İ.Mask bunun bu cür addımların […]