Azərbaycandan Ermənistana dizel yanacağı və gübrənin növbəti partiyası yola salınıb

media-ads_728_90

Mayın 9-da Azərbaycandan Ermənistana 8vaqon (479 ton) dizel yanacağı yola salınıb.

‘’TV1’’ xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatında  (ADY) bildirilib.

Həmçinin Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

6 vaqondan ibarət, çəkisi 402 ton olan gübrə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

media-ads_728_90
Paylaş