Azərbaycanın İrandakı Səfirliyinə hücumla əlaqədar hökmün icrası ilə bağlı prosedur davam edir - RƏSMİ
“Azərbaycanın İrandakı Səfirliyinə hücumla bağlı hökmün icrası müəyyən prosedurlar tələb edir”.
“TV1” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.
O qeyd edib ki, biz İran tərəfi ilə bu istiqamətdə əlaqələrimizi davam etdiririk.
“Burada sadəcə prosessual məsələlərdən söhbət gedir. Bilirsiniz ki, birinci instansiya məhkəməsinin hökmü İranın Ali Məhkəməsi tərəfindən təsdiq olunmalıdır. Prosessual qayda odur ki, bu prosedur həyata keçiriləndən sonra hökm icraya yönəldiləcək”. /trend/