Azərbaycanın neft-qaz sektoruna bu il 4 mlrd. manatdan çox vəsait yönəldilib

media-ads_728_90

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanın neft-qaz sektoruna 4 083,3 mln. manat həcmində vəsait yönəldilib.

“TV1” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, 2023-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 7,08% azalıb.

Xatırladaq ki, ötən il Azərbaycanın neft-qaz sektoruna 6 265,5 mln. manat həcmində vəsait yönəldilib. 2022-ci ilin göstəricisi ilə nisbətən ötən il neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 10,9% artıb.

media-ads_728_90
Paylaş