Azərbaycanın yeniyetmə cüdoçusu dünya çempionu olub
Azərbaycan cüdoçusu Fərid Rzazadə yeniyetmələr arasında dünya çempionu olub.
“TV1” xəbər verir ki, Ekvadorun Quayakil şəhərində keçirilən dünya çempionatının ilk yarış günündə 50 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finala gedən yolda Süleyman Doğru (Türkiyə), Bekaris Kudaybergen (Qazaxıstan) və Artur Bonatonu (Braziliya) mübarizədən kənarlaşdırıb.
Həlledici görüşdə qazaxıstanlı Adiljan Nurbekeni məğlub edən cüdoçumuz qızıl medala sahib çıxıb.
Qeyd edək ki, bu gün Azərbaycanın daha üç yeniyetmə cüdoçusu dünya çempionatında tatamiyə çıxacaq.








