Bakı aeroportu: Məcburi eniş edən aviaşirkətlər təyinat məntəqələrinə yola düşüb
Ötən gün Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş həyata keçirən aviaşirkətlər gecə saatlarında təyinat məntəqələrinə yola düşüb.
“TV1” xəbər verir ki, bu barədə Aeroportun mətbuat xidmətinin açıqlamasında bildirilir.
Məlumatda qeyd olunur ki, Bakı aeroportunda bütün uçuşlar ştat rejimində yerinə yetirilir.
Qeyd edək ki, dünən İran üzərindəki hava məkanının müvəqqəti bağlanması səbəbilə bir sıra beynəlxalq aviaşirkət Bakı aeroportuna təcili eniş edib.