Bakı metrosu "Qarabağ"ın oyunu ilə əlaqədar iş rejimini dəyişdirəcək

media-ads_728_90

“Qarabağ” Futbol Klubunun UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində bu gün “Dinamo”ya (Kiyev, Ukrayna) qarşı keçiriləcək oyunu ilə əlaqədar “Bakı Metropoliteni” QSC-də iş rejimi dəyişdiriləcək.

“TV1” xəbər verir ki, bu barədə səhmdar cəmiyyətin məlumatında bildirilir.

Qeyd olunur ki, oyuna görə “Gənclik” stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Qeyd edilib ki, zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq: “Növbətçilik əsasında köməkçi işçi qüvvəsi ayrılacaq. “Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirləri görüləcək”.

Xatırladaq ki, “Qarabağ” – “Dinamo” matçı bu gün, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Tərəflər arasında Polşada baş tutan ilk görüş Ukrayna təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

media-ads_728_90
Paylaş