media-1200x100

Bakı-Qazax yolunda böyük tıxac yaranıb - VİDEO 

media-ads_728_90

Bakı-Qazax yolunda böyük tıxac yaranıb.

“TV1” xəbər verir ki, hazırda ərazidə maşınların hərəkəti dayanıb.

Hərəkətin hansı səbəbdən dayandığı hələlik bəlli deyil.

Yolda yaranmış tıxacla bağlı BDYPİ-nin məlumatında bildirilir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində Bakı Kənar Dairəvi yolun 6-cı kilometrində uçqun təhlükəsi ilə bağlıdır:

“Hazırda sürücülər fasilələrlə buraxılır. BDYPİ-nin Ekoloji nəzarət Bölüyü və Yol Patrul Xidmətinin əməkdaşları ərazidədir. Yolda hərəkət tam məhdudlaşdırılmayıb”.

Qeyd edək ki, bu gün Fövqəladə Hallar, Daxili İşlər nazirlikləri və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumatında deyilirdi ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində qaya parçalarının Bakı Kənar Dairəvi yoluna doğru uçqun təhlükəsinin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumları tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Bununla əlaqədar olaraq avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə gün ərzində Bakı Kənar Dairəvi yolunda avtomobillərin hərəkəti fasilələrlə məhdudlaşdırıla bilər.

Qeyd olunanları nəzərə alaraq, sürücülərdən göstərilən məsələyə anlayışla yanaşılması və müvəqqəti tətbiq edilən məhdudiyyətlərlə əlaqədar alternativ yollardan istifadə edilməsi xahiş olunub. /trend/

media-ads_728_90
Paylaş