media-1200x100

Bakı-Şamaxı yolu bağlanıb, yol polisi əraziyə cəlb edilib - VİDEO

media-ads_728_90

Bakı-Şamaxı avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb.

“TV1” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, qarlı hava şəraiti ilə əlaqədar Bakı-Şamaxı avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkətində yaranmış çətinliklə bağlı əraziyə Yol Patrul Xidmətinin və digər aidiyyəti qurumun əməkdaşları cəlb olunub.

“Operativ müdaxilələrlə avtomobillərin hərəkəti bərpa olunub. Meteoroloji şəraiti nəzərə alaraq bir daha sürücülərə tövsiyə olunur ki, yola çıxmazdan əvvəl nəqliyyat vasitələrinin sazlığına diqqət yetirsinlər, sürət həddini hava şəraitinə uyğun seçsinlər”, – deyə məlumatda deyilir.

media-ads_728_90
Paylaş