media-1200x100

Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur

media-ads_728_90

Noyabrın 25-dən “Azərbaycan Dəmir Yolları” QSC COP 29-la əlaqədar Bakı-Sumqayıt sürət elektrik qatarlarının müvəqqəti ləğv edilmiş reyslərini bərpa edəcək.

“TV1” xəbər verir ki, bu barədə qurumun məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə qatarların hərəkəti 16 sentyabr 2024-cü il tarixində tətbiq olunan qrafikə uyğun təşkil ediləcək.

Belə ki, Bakı-Xırdalan-Sumqayıt-Bakı istiqaməti üzrə:

• Bakıdan saat 08:10, 17:50 və 19:05,
• Sumqayıtdan saat 07:20,
• Xırdalandan isə saat 08:40 və saat 18:20 reysləri bərpa edilir.

media-ads_728_90
Paylaş