Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur
Azərbaycan və Gürcüstan mayın 26-dan Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarları xidmətlərinin bərpası barədə razılığa gəliblər.
“TV1” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında bildirilir.
Qeyd olunur ki, bununla bağlı razılıq Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək məqsədilə Azərbaycana səfəri çərçivəsində əldə olunub.








