Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanıb

media-ads_728_90

Yanvar-sentyabr aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə nəql olunan neft ötən ilin analoji dövrü ilə müqayisədə 8,3 faiz azalaraq 18 milyon 856,8 min ton təşkil edib.

“TV1” xəbər verir ki, bu barədə  Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, nəqletmənin 76,6 faizi Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri ilə həyata keçirilib.

Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82 faizini (15 milyon 456,1 min ton) Azərbaycanda hasil edilən neft, 18 faizini (3400,7 min ton) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

media-ads_728_90
Paylaş