media-1200x100

Bakı-Tbilisi-Ərzurum kəməri ilə ixrac edilən qazın HƏCMİ

media-ads_728_90

Yanvar-noyabr aylarında Azərbaycandakı magistral təbii qaz kəmərləri ilə 36 milyard 319,3 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni aylarına nisbətən 0,8 faiz artım müşahidə olunub.

“TV1” xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, on bir ayda qaz nəqlinin 57,2 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri – CQBK) boru kəməri vasitəsilə həyata keçirilib.

Bu kəmərlə təbii qaz nəqli 4,31 faiz artaraq 20 milyard 786,7 milyon kubmetr təşkil edib.

media-ads_728_90
Paylaş