Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimi keçiriləcək

media-ads_728_90

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun rəsmi açılışı iyunun 2-də keçiriləcək.

“TV1” xəbər verir ki, bununla bağlı mərasim Gürcüstanın Axalkalaki stansiyasında keçiriləcək.

Tədbirdə Gürcüstan, Azərbaycan və Türkiyədən rəsmi şəxslərin iştirakı nəzərdə tutulur. Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci ildən etibarən test rejimində fəaliyyət göstərsə də, layihənin rəsmi istifadəyə verilməsi yalnız indi baş tutacaq. Magistralın ümumi uzunluğu 827 kilometr təşkil edir ki, bunun da 213 kilometri Gürcüstan ərazisindən keçir. Layihənin Gürcüstan hissəsinin tikintisi Azərbaycan tərəfindən ayrılmış 775 milyon ABŞ dolları kredit hesabına maliyyələşdirilib. Kreditin layihədən əldə olunacaq gəlirlər hesabına qaytarılması planlaşdırılır.

“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) “Report”un Gürcüstan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, 2023-cü ilin may ayından 2024-cü ilin may ayınadək ADY Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi üzrə işlər həyata keçirilib və layihə uğurla yekunlaşdırılıb. Aparılan yenidənqurma işləri nəticəsində BTQ xəttinin illik ötürücülük qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb.

media-ads_728_90
Paylaş