Bakı və Abşeronda may ayı üçün yağıntının miqdarına görə çoxillik rekord qeydə alınır

media-ads_728_90

Bakı və Abşeronda may ayı üçün yağıntının miqdarına görə çoxillik rekord qeydə alınır.

“TV1” xəbər verir ki, hazırda Bakı və Abşeron yarımadasında düşən yağıntının miqdarı 70-103 mm qeydə alınır ki, bu aylıq normanın 355-523 % -ni təşkil edir.

Qeyd edək ki, 1963-cü ilin may ayında Bakı şəhərində yağıntıların miqdarı 106 mm-ə çatıb ki, bu da çoxillik normadan 5,4 dəfə çox olub.

2010-cu ildə sutka ərzində düşən yağıntının miqdarı 29 mm, (aylıq normanın 147%-i), ay ərzində 39 mm (aylıq normanın 200%-i), 2024-cü ildə sutka ərzində düşən yağıntının 20 mm (aylıq normanın 102%-i), ay ərzində isə 33 mm (aylıq normanın 167%-i), 2025-ci ildə sutka ərzində düşən yağıntının miqdarı 6 mm (aylıq normanın 30%-i), ay ərzində isə 9 mm (aylıq normanın 46%-i) təşkil edib.

media-ads_728_90
Paylaş