media-1200x100

Bakı və digər şəhərlərdə 200-dən çox bina qəzalı vəziyyətdədir - RƏSMİ

media-ads_728_90

“Bakı və digər şəhərlərdə ümumilikdə 200-dən çox bina, 7000-dən çox mənzil qəzalı vəziyyətdədir”.

“TV1” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

O bildirib ki, binaların bəziləri ilə bağlı işlər artıq təşkil olunub:

“Bununla bağlı həm özəl sahibkarların, tikinti şirkətlərinin investor kimi cəlb olunması, həm də dövlət vəsaiti hesabına qəzalılığın aradan qaldırılması nəzərdə tutulub”.

media-ads_728_90
Paylaş