Bakı və Sofiya süni intellekt sahəsində əməkdaşlığı müzakirə ediblər

media-ads_728_90

Azərbaycan və Bolqarıstan innovasiyalar, rəqəmsal transformasiya və süni intellekt sahəsində əməkdaşlığı müzakirə ediblər.

“TV1”  xəbər verir ki, bu barədə Azərbaycanın Bolqarıstandakı səfiri Elmar Məmmədov Bolqarıstanın innovasiyalar və rəqəmsal transformasiya naziri İvan Vasilyevlə görüşünün yekunlarına dair “X” sosial şəbəkəsində bildirib.

“İnnovasiyalar və rəqəmsal transformasiya naziri cənab İvan Vasilyevlə görüşməkdən məmnunluq duydum. Biz Azərbaycan və Bolqarıstan arasında son 11 il ərzində inkişaf edən əla strateji tərəfdaşlıq, eləcə də innovasiyalar, rəqəmsal transformasiya və süni intellekt sahələrində əməkdaşlıq barədə fikir mübadiləsi apardıq”, – diplomat qeyd edib.

 

media-ads_728_90
Paylaş