Bakıda 90 küçə və prospektdə təmir işləri başa çatıb

media-ads_728_90

Bakıda yol infrastrukturunun yenilənməsi istiqamətində işlər davam etdirilir.

“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi  (AAYDA) məlumat yayıb.

Bildirilib ki, paytaxtın 12 inzibati rayonunu əhatə edən təmir proqramı çərçivəsində ümumilikdə 110 küçə və prospektdə təmir işlərinin aparılması nəzərdə tutulub.

İndiyədək 90 küçə və prospektdə təmir işləri yekunlaşdırılıb. Beləliklə, proqram üzrə nəzərdə tutulan işlərin 82 faizi icra olunub.

Hazırda 6 küçə və prospektdə təmir işləri davam etdirilir. Növbəti mərhələdə isə daha 14 küçə və prospektdə təmir işlərinin aparılması planlaşdırılır.

Proqramın əsas məqsədi paytaxtın yol infrastrukturunun müasirləşdirilməsi, nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi, eləcə də yol hərəkətinin təhlükəsizliyinin artırılmasıdır.

media-ads_728_90
Paylaş