Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcək

media-ads_728_90

Oktyabrın 27-də Bakıda qida emalı və qablaşdırma avadanlıqları sahəsində ixtisaslaşmış Almaniya şirkətlərinin nümayəndə heyətinin iştirakı ilə Almaniya-Azərbaycan biznes konfransı və fərdi işgüzar görüşlər keçiriləcək.

“TV1” xəbər verir ki, Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) təşkilatçılığı ilə keçiriləcək tədbirin məqsədi yerli istehsalçılar, investorlar və distribütorlarla əlaqələr qurmaq, innovativ avadanlıq və texnologiyaları təqdim etmək, eləcə də potensial əməkdaşlıq imkanlarını araşdırmaqdır.

Konfrans çərçivəsində qida emalı, qablaşdırma, avtomatlaşdırma və istehsal infrastrukturu sahələrində Almaniya texnologiyaları və innovativ həllər təqdim ediləcək. Fərdi B2B görüşləri isə Azərbaycan şirkətlərinə öz layihələrini təqdim etmək, texnoloji ehtiyaclarını müzakirə etmək və potensial əməkdaşlıq imkanlarını araşdırmaq şəraiti yaradacaq.

Qeyd edək ki, Almaniya nümayəndə heyətinin Azərbaycana səfəri Almaniyanın kiçik və orta müəssisələri üçün nəzərdə tutulan Bazara Çıxış Proqramı çərçivəsində həyata keçirilir. Proqram Almaniya Federal İqtisadiyyat və Enerji Nazirliyinin sifarişi ilə “COMMIT Project Partners GmbH” tərəfindən “AHK Azərbaycan” və Almaniya Şərq Biznes Assosiasiyası ilə əməkdaşlıq

media-ads_728_90
Paylaş