Azərbaycan-Qazaxıstan Müdafiə nazirlikləri arasında danışıqlar aparılıb

media-ads_728_90

Azərbaycan və Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında “Hərbi əməkdaşlıq sahəsində perspektivlərin müzakirə edilməsi üzrə qərargah danışıqları” keçirilib.

“TV1” xəbər verir ki, bu barədə  Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Bildirilib ki, nazirliyin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə hər iki ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti, gələcək perspektivləri və bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tədbirdə, həmçinin 2027-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planının layihəsinə baxılıb, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb

media-0h0kzwc2lp1yqt215kl2uhlluudfm8ii5hsfs2i0_1200

media-zpu3m3fuhg97umf1gvtvypgeij0u6ms3t7akwbzl_1200

media-ads_728_90
Paylaş