Bakıda BMT-nin Dördüncü İqlim Həftəsi keçiriləcək

media-ads_728_90

Sentyabrın 7-11-də Bakıda Azərbaycanın ev sahibliyi və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) keçiriləcək.

“TV1” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatında bildirilir.

Eyni tarixlərdə Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026) da baş tutacaq. Tədbirlər iqlim qərarlarının praktiki icrası, beynəlxalq əməkdaşlıq və COP31 ərəfəsində iqlim fəaliyyətinin gücləndirilməsinə həsr olunacaq.

media-ads_728_90
Paylaş