Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransının ikinci günü keçirilir
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə ənənəvi beynəlxalq minatəmizləmə konfransı ikinci gündə işini davam etdirir.
“TV1” xəbər verir ki, IV Beynəlxalq Minatəmizləmə Konfransının mövzusu “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi”dir.
Konfransın ikinci günündə “Mina ilə çirklənmiş şəhərlərin bərpasına siyasətin inteqrasiyası” , “Daha təhlükəsiz və səmərəli humanitar minatəmizləmə üçün texnologiya və innovasiyalar”, “Ölkə nümunələrinin təqdimatı: Humanitar minatəmizləmə fəaliyyətində milli təcrübələr və çıxarılan dərslər” adlı panel müzakirələrinin keçirilməsi nəzərdə tutur.








