Bakıda keçiriləcək qazax güləşi üzrə dünya çempionatına 24 ölkədən 200-ə yaxın idmançı qatılacaq
Bu yarışın Bakıda təşkil edilməsi ölkə idmanının inkişafı üçün önəmlidir.
“TV1” xəbər verir ki, bu sözləri Azərbaycan Milli İdman Növləri Assosiasiyasının (AMİNA) prezidenti Kazım Qurbanov Bakıda keçiriləcək qazax güləşi üzrə dünya çempionatına həsr olunan mətbuat konfransında deyib.
O, turnirdə 24 ölkənin iştirak edəcəyini bildirib.
Yarış avqustun 22-23-də Bakı İdman Sarayında təşkil olunacaq. Dünya çempionatına 24 ölkədən ümumilikdə 200-ə yaxın idmançı qatılacaq.
Azərbaycan yarışda 8 qız və 8 oğlan olmaqla, ümumilikdə 16 güləşçi ilə təmsil olunacaq. Kişilərin mübarizəsində Elşən Dünyamalıyev (55 kiloqram), Eyvaz Baxşıyev (60 kiloqram), Mirfəttah Seyidəliyev (65 kiloqram), Elvin Bağırov ( 74 kiloqram), Adil Adilzadə (90 kiloqram), Tuncay Şamil (100 kiloqram) və Məmməd Məmmədzadə ( +100 kiloqram), qadınlar arasında isə Mələkxanım Məmmədova (48 kiloqram), Aynur Əfəndiyeva ( 52 kiloqram), Fidan Hüseynova (56 kiloqram), Leyla Atayeva (60 kiloqram), Məryəm Mehdiyeva (65 kiloqram), Günel Həsənli (70 kiloqram), Diana Şoranova (77 kiloqram) və Nigar Süleymanova (+77 kiloqram) çıxış edəcəklər.








