Bakıda yağış yağacaq

media-ads_728_90

Avqustun 11-12-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

“TV1” xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

O bildirib ki, qeyd edilən müddətdə Bakıda və Abşeron yarımadasında mülayim şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturunun 28-33 dərəcə isti olacağı gözlənilir.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidməti bölgələrdə gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb. Bildirilib ki, Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin avqustun 14-dək davam edəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, avqustun 11-12-də əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların güclənəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna edilmir.

media-ads_728_90
Paylaş