Bakıda yeni parklanma məntəqəsi yaradılıb
Bakıda yeni parklanma məntəqəsi yaradılıb.
“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, paytaxtın İsmayıl bəy Qutqaşınlı küçəsində 25 yerlik yeni parklanma məntəqəsi təşkil edilib.