Bakının bir sıra yollarında hərəkət məhdudlaşdırıla bilər - AAYDA

media-ads_728_90

Bakının bir sıra küçə və yollarında aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən və ya tam məhdudlaşdırıla bilər.

“TV1”  xəbər verir ki, Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişinin təmin edilməsi məqsədilə Binəqədi rayonunun Mirmahmud Kazımovski və Elçin Əzizov küçələrində, Xəzər rayonunda Türkan–Hövsan şossesində, həmçinin Suraxanı rayonunun Elzar Yusubov küçəsində təmir işləri aparılır.

Bundan başqa, sentyabrın 1-i saat 09:00-dan etibarən Heydər Əliyev prospekti ilə 7-ci Köndələn küçəsinin kəsişməsində təmir işlərinə başlanılacaq.

Bildirilib ki, təmir işlərinin gedişindən asılı olaraq, qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti qismən və ya tam məhdudlaşdırıla bilər. Məhdudiyyətlər təmir işləri başa çatanadək qüvvədə olacaq.

Sürücülərdən həmin müddətdə alternativ hərəkət istiqamətlərindən istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.

media-ads_728_90
Paylaş