media-1200x100

Bakının bütün mikrorayonlarında su kəsiləcək

media-ads_728_90

Su xəttində baş verən qəzanın aradan qaldırılması işləri ilə bağlı Bakının 1, 2, 3, 4, 5, 6, 7, 8, 9-cu mikrorayonlarının və Rəsulzadə qəsəbəsinin bir hissəsində – “Vorovski” ərazisində gün ərzində suyun verilməsində fasilə yaranacaq.

Bu barədə “TV1” Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, axşam saat 19:00-dan sonra su təchizatı əvvəlki rejimlə bərpa olunacaq.

media-ads_728_90
Paylaş