Bakının mərkəzində meydana Ukrayna şairi və yazıçısı Taras Şevçenkonun adı verilib

media-ads_728_90

Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə Abbasqulu Ağa Bakıxanov küçəsinin kəsişməsində yerləşən və Ukrayna şairi, yazıçısı Taras Şevçenkonun abidəsinin ucaldıldığı meydana onun adı verilib.

“TV1” xəbər verir ki, sözügedən meydan “Taras Şevçenko meydanı” adlandırılır.

Qeyd edək ki, Bakıda Taras Şevçenkonun abidəsi 2008-ci ildə ucaldılıb. Bürüncdən hazırlanan abidənin müəllifi ukraynalı heykəltaraş İqor Qreçanikdir. Abidə Azərbaycanın paytaxtında Ukrayna xalqının görkəmli şairinə ehtiram əlaməti olaraq yaradılıb.

Taras Şevçenko (1814–1861) Ukrayna ədəbiyyatının ən tanınmış nümayəndələrindən biri, şair, yazıçı və rəssamdır. Onun yaradıcılığı Ukrayna milli ədəbiyyatının formalaşmasında mühüm rol oynayıb.

media-ads_728_90
Paylaş