Bakıya dolu düşüb - VİDEO
Mayın 26-sı saat 16:00-a olan faktiki hava açqılanıb.
“TV1” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasının bir sıra yerlərində intensiv xarakterli qısamüddətli yağış yağıb, bəzi ərazilərə dolu düşüb.
Düşən dolunun diametri 4 mm-dək qeydə alınıb.
Hazırda Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində yağışın intensivliyi tədricən zəifləyib, yaxın saatlarda kəsiləcəyi gözlənilir.








