Balakəndə baş verən zəncirvari qəzada ölənlərin sayı 4-ə çatıb

media-ads_728_90

Balakən rayonunda avqustun 10-da baş verən zəncirvari qəzada xəsarət alan şəxslərdən daha biri ölüb.

“TV1” xəbər verir ki, hadisə nəticəsində xəsarət alan 1975-ci il təvəllüdlü Yaşar Mahamarəsul oğlu Mütəllibov müalicə olunduğu xəstəxanada həyatını itirib.

Qeyd edək ki, qəza zamanı üç avtomobil toqquşub, üç nəfər ölüb, iki nəfər xəsarət alıb.

media-ads_728_90
Paylaş