Balakəndə zəncirvari qəza olub - Ölən və xəsarət alanlar var
Balakəndə avtomobillərin toqquşması nəticəsində 3 nəfər ölüb.
“TV1” xəbər verir ki, hadisə bu gün səhər saatlarında Katex kəndi ərazisində qeydə alınıb.
“Hyundai”, “KİA” və “Toyota” markalı avtomobillər toqquşub. Nəticədə 3 nəfər ölüb, xəsarət alanlar var.
İlkin məlumata görə, hadisə zamanı “Hyundai” markalı avtomobilin sürücüsü, Balakən rayon sakini Hoorsova Məryəm Kamil qızı, “Toyota” markalı avtomobilin sərnişini Mütəllibov Rəşad Yaşar oğlu hadisə yerində ölüb. Digər ölən şəxsin kimliyi dəqiqləşdirilir.
Qəza nəticəsində iki nəfərin xəsarət aldığı bildirilir.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.








