"Bank of America"nın vitse-prezidenti həlak olub - Bıçaqlanmaya məruz qalıb/FOTO
“Bank of America”-nın vitse-prezidenti Tayms-skverdə bıçaqlanma hücumu nəticəsində həlak olub.
“TV1” “RTVI US”-ə istinadən xəbər verir ki, Tayms-skverdə bıçaqlanma hadisəsinin qurbanı, üç həftə əvvəl evliliyinin ikinci ildönümünü qeyd etmiş “Bank of America”nın vitse-prezidenti 32 yaşlı Erin Piaçenti olub.
Psixi pozuntudan əziyyət çəkən 49 yaşlı Pamela Sisneros çantasından iki bıçaq çıxararaq, yoldan keçən 68 yaşlı bir nəfəri qarın nahiyəsindən yaralayıb. Daha sonra isə yaxınlıqdakı küçədə E.Piaçentini ölümcül yaralayıb.
Polis əməkdaşları qadını silahını yerə qoymağa razı salmağa çalışıblar, lakin cavab olaraq yalnız hədələr eşidiblər. O, polislərin üzərinə irəliləyərkən onların elektroşok cihazları işləməyib və onlar atəş açıblar. Sisneros aldığı xəsarətlər nəticəsində xəstəxanada ölüb.
“Bank of America” hadisə ilə bağlı yaydığı məlumatda E.Piaçenti komandanın dəyərli üzvü kimi təqdim olunub.








