Bayden prezidentlik yarışından GERİ ÇƏKİLDİ
ABŞ prezidenti Co Bayden prezidentlik yarışından geri çəkildiyini açıqlayıb.
“TV1” xəbər verir ki, o, bu barədə “X” səhifəsində paylaşım edib.
“Əminəm ki, geri çəkilsəm və diqqətimi xalqa xidmətə cəmləsəm, partiya və ölkə üçün daha yaxşı olacaq”, – Bayden qeyd edib.